Serxio Aquero mövsümün sonunda “Mançester Siti”dən gedəcək.

Argentinalı ulduz bu haqda özü açıqlama verib. Klub rəhbərliyi də forvardla  yayda başa çatacaq müqaviləni artırmayacağını təsdiqləyib. 10 ildir Mançester klubunda çıxış edən argentinalı ulduz komandanın ən sərrast futbolçusudur. O, ümumilkdə 384 oyuna 257 qol vurub. Premyer liqada 181 dəfə fərqlənən Aquero İngiltərə çempionatında çıxış edən əcnəbi futbolçular arasında liderdir. Bundan başqa o, 12 dəfə het-trik edib ki, bu da ən yaxşı göstəricidir. Aquero “Mançester Siti” ilə 4 dəfə premyer lıiqa çempionluğunu qazanıb. Ən yadda qalanı 2011-2012 mövsümündə olan ilk tituldur. “Kuinz Park Reyncers”lə görüşün 94-cü dəqiqəsində qələbə qolunu vuran Aquero Mançester Sitiyə ilk premyer liqa titulunu qazandırmışdı. Bununla da “şəhərlilər” 44 ildən sonra yenidən İngilərə çempionu olmuşdular. Qeyd edək ki, “Mançester Siti”nin prezidenti Haldon Əl-Mübarek argentinalı ulduzun şərəfinə klubun stadionunda heykəl qoyulacağını bildirib. Rəhvbərlik daha əvvəl David Silva və Vinsent Kompaninin gedişindən sonra onların heykəlini qoydurmuşdu. Bundan başqa klubun akademiyasında Aqueroya adi xususi mozaikanın da hazırlanacağı açıqlanıb.